Bakı. 6 may. REPORT.AZ/ Noyabr ayında İstanbulda kruiz turizminə həsr olunmuş böyük tədbir keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Bakıda mətbuat konfransında Türkiyənin mədəniyyət naziri Nəbi Avcı məlumat verib.
Onun sözlərinə görə, konfransda turizmin bu növünün problemləri, onların həlli yolları müzakirə ediləcək. Konfrans Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçiriləcək.