İstanbulda beynəlxalq mərmər, təbii daş məhsulları və texnologiyaları sərgisi keçiriləcək

İstanbulda beynəlxalq mərmər, təbii daş məhsulları və texnologiyaları sərgisi keçiriləcək Sərgidə iştirak etmək istəyən Azərbaycan şirkətləri ASK-ya müraciət edə bilər
Turizm
19 Avqust , 2015 10:10
İstanbulda beynəlxalq mərmər, təbii daş məhsulları və texnologiyaları sərgisi keçiriləcək

Bakı. 19 avqust. REPORT.AZ/ Noyabrın 2-5-də İstanbulda XII Beynəlxalq mərmər, təbii daş məhsulları və texnologiyaları sərgisi keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “Report”a verilən məlumata görə, sərgi İstanbul Mədən və Metal İxracatçıları Birlikləri (İMMİB) Baş Katibliyinin təşkilatçılığı ilə keçirilir.

Sərginin əsas istiqamətləri brifinq, ikitərəfli görüş proqramı, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərlə görüşməkdən ibarətdir. Şirkət təmsilçilərinin səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) təşkilatçılar tərəfindən qarşılanacaq.

Proqramda iştirak etmək istəyən Azərbaycan şirkətləri oktyabrın 16-dək ASK-ya müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi