Yuxarı

İstanbulda beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək

Azərbaycan sahibkarları da sərgiyə dəvət olunub

Bakı. 26 avqust. REPORT.AZ/ Oktyabrın 14-17-də İstanbulda 41-ci Beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “Report”a verilən məlumata görə, sərgidə tanınmış brendlərdən zərgərlik məmulatları və bəzək əşyaları, aksesuarlar nümayiş olunacaq.

Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.

Səfər çərçivəsində hotel xərcləri Türkiyə tərəfindən qarşılanacaq və Azərbaycan sahibkarları da sərgiyə dəvət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi