İstanbulda beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək

İstanbulda beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək Azərbaycan sahibkarları da sərgiyə dəvət olunub
Turizm
26 Avqust , 2015 10:30
İstanbulda beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək

Bakı. 26 avqust. REPORT.AZ/ Oktyabrın 14-17-də İstanbulda 41-ci Beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “Report”a verilən məlumata görə, sərgidə tanınmış brendlərdən zərgərlik məmulatları və bəzək əşyaları, aksesuarlar nümayiş olunacaq.

Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.

Səfər çərçivəsində hotel xərcləri Türkiyə tərəfindən qarşılanacaq və Azərbaycan sahibkarları da sərgiyə dəvət olunub.

Son xəbərlər

Orphus sistemi