Yuxarı

İstanbulda beynəlxalq ev dekorasiyası sərgisi keçiriləcək

Proqramda iştirak etmək istəyən Azərbaycan şirkətləri sentyabrın 14-dək ASK-ya müraciət edə bilər

Bakı. 18 avqust. REPORT.AZ/ Sentyabrın 29-dan oktyabrın 2-dək İstanbulda “ZUCHEX 2015" beynəlxalq ev dekorasiyası sərgisi keçiriləcək.

“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına əsasən bildirir ki, sərgi İstanbul Mədən və Metal İxracatçı Birlikləri (İMMİB) Baş Katibliyinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə iştirakın əsas istiqamətləri brifinq, ikitərəfli görüş, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərlə görüşməkdən ibarətdir. Şirkət təmsilçilərinin səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) təşkilatçılar tərəfindən qarşılanacaq.

Proqramda iştirak etmək istəyən azərbaycanlı şirkətlər sentyabrın 14-dək ASK-ya müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi