İstanbulda beynəlxalq alüminium texnologiyaları sərgisi keçiriləcək

İstanbulda beynəlxalq alüminium texnologiyaları sərgisi keçiriləcək Azərbaycan şirkətləri də sərgiyə dəvət olunub
Turizm
24 Avqust , 2015 17:22
İstanbulda beynəlxalq alüminium texnologiyaları sərgisi keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Oktyabrın 6-9-da İstanbulda “ALUEXPO-2015" IV Beynəlxalq alüminium texnologiyaları, dəzgah və avadanlıqlar sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgidə alüminium lövhələr, qablaşdırma sektoru üçün folqa və müxtəlif alüminium məhsulları nümayiş olunacaq.

Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.

Səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) Türkiyə tərəfindən qarşılanacaq. 

Qeyd edək ki, Azərbaycan iş adamları da sərgiyə dəvət olunur.

Son xəbərlər

Orphus sistemi