Yuxarı

İstanbulda 200-dən çox aviareys ləğv edilib

Dünəndən İstanbulda güclü qar yağır

Bakı. 31 dekabr. REPORT.AZ/ İstanbul şəhərində müşahidə olunan hava şəraiti ilə əlaqədar bu gün və sabah 200-dən çox aviareys təxirə salınıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarından planlaşdırılan bəzi səfərlər ləğv edilib.

"Türk Hava Yolları"nın (THY) rəsmi səhifəsində edilən açıqlamaya görə, iki hava limanında, bu gün və sabah, güclü qar səbəbindən hava limanlarının yüklənməsini azaltmaq üçün 200-dən çox daxili və xarici reyslər təxirə salınıb.

Xatırladaq ki, İstanbulda dünəndən güclü qar yağır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi