Yuxarı
    Bağlamaq

    İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb

    Şəhərə gedən turistlərin 2,1%-ni azərbaycanlılar təşkil edib

    Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb. Bu müddətdə İstanbulu 92 088 nəfər azərbaycanlı ziyarət edib. 

    “Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

    İstanbul Mədəniyyət və Turzim İdarəsinin hesabatına əsasən, birinci yarımildə səfər edən turistlər arasında 9,2% ilə almanlar birinci olub. Bu müddətdə şəhərə gələn turistlərin 7,7%-ni iranlılar, 4,6%-ni ruslar, 4,3%-ni Səudiyyə Ərəbistanından olan turistlər, 4,2%-ni iraqlılar, 3,5%-ni ingilislər, 3,4%-ni ukraynalılar, 3,3%-ni fransızlar, 2,9%-ni amerikalılar, 2,5%-ni hollandlar, 2,1%-ni Küveytdən gələnlər, 2,1%-ni türkmənlər və 2,1%-ni azərbaycanlılar təşkil edib. Çinlilər də cəmi turistlərin 2%-ni əhatə edib.

    Qeyd edək ki, yanvar-iyun ayları ərzində İstanbula cəmi 4 385 153 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalma deməkdir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi