​İspaniya Azərbaycanla aviaəlaqələri genişləndirmək istəyir

​İspaniya Azərbaycanla aviaəlaqələri genişləndirmək istəyir Xose Luis Dies: "Azərbaycanda İspaniya marşrutlarına böyük maraq göstərilir"
Turizm
16 İyul , 2015 13:04

Bakı. 16 iyul. REPORT.AZ/ İspaniya Azərbaycanla ikitərəfli aviaəlaqələrin genişləndirilməsi və reyslərin sayının artırılmasının tərəfdarıdır. Hazırda Bakı-Barselona marşrutu ilə uçuşlar təşkil edən "Vueling" lou-kost aviaşirkəti Azərbaycanın müvafiq dövlət qurumları ilə bununla bağlı danışıqlar aparmaq istəyir. Bunu "Report"a açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Dies bildirib.

"Həmçinin gözləyirik ki, avqustun sonuna qədər Barselonaya bütün biletlər satılacaq. Çünki vətəndaşlar tərəfindən göstərilən maraq çox böyükdür. Bəlkə bundan sonra "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların tezliyini nəzərdən keçirə bilər", - deyə X.L.Dies qeyd edib.

Bakıdan Barselonaya birbaşa uçuşların həyata keçirilməsinin Azərbaycanla İspaniya arasında əlaqələrin inkişafında çox böyük addım olduğunu deyən ispaniyalı diplomat bildirib ki, Barselonaya azərbaycanlı turistlərin böyük maraq göstərməsi, yay tətillərini orada keçirməyə üstünlük vermələrindən xeyli məmnundur: "Keçən il İspaniyaya 4 min visa üçün müraciət olub. Düşünürəm ki, bu il bu rəqəm daha da artacaq. Ümid edirəm ki, azərbaycanlılar Barselona, Kataloniya əyaləti və İspaniyanın digər ərazilərindən zövq alacaqlar və yenidən gələcəklər".

Son xəbərlər

Orphus sistemi