İsmayıllıda turizmin inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib

İsmayıllıda turizmin inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib Əbülfəs Qarayev: "Xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi bu sahə üçün çox əhəmiyyətlidir"
Turizm
11 Oktyabr , 2016 20:57
İsmayıllıda turizmin inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün İsmayıllı rayonunda “Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda regional müşavirə keçirilib.

“Report”un Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatların intensiv xarakter aldığını diqqətə çatdırıb. 

Nazir bidlirib ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılan şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır: “Bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən turistlərin sayı 11% artıb. Xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi bu sahə üçün çox əhəmiyyətlidir. Şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonları, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisi turizm sektoru üçün böyük əhəmiyyət kəsb edir. Bu ərazilər müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün çox münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə “Şərab yolu”, “Böyük İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq Əfsanələri” və “Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə “Azərbaycanda Arxeolojı Turizm” mədəni turizm marşrutları yaradılıb”.

Müşavirədə mədəniyyət və turizm nazirliyinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib: “Bölgə tarixi ipək yolu marşrutunun üzərində yerləşir. Habelə, buradan region üzrə Gürcüstan və Rusiya ilə inteqrasiya olunan “Şərab yolu” və “Düma Qafqazda” beynəlxalq turizm marşrutları da keçir. Bölgənin turizm imkanlarının daha geniş şəkildə təbliğ olunması, yerli turizm məhsullarınvə marşrutların turistlərə təqdim edilməsi,bu sahədə xidmətlərin inkişaf etdirilməsi məqsədilə Nazirlik Şamaxıda (2007-ci il), Şəkidə (2008-ci il), Zaqatalada (2009-cu il), İsmayıll və Qəbələdə (2015-ci il) turizm informasiya mərkəzləri yaradıb”.

Müşavirədə bölgə turizminin inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi