İraqda energetika, tikinti və iqtisadiyyat üzrə sərgi açılacaq

İraqda energetika, tikinti və iqtisadiyyat üzrə sərgi açılacaq Azərbaycanlı sahibkarlar sərgiyə dəvət olunublar
Turizm
5 Dekabr , 2016 20:38
İraqda energetika, tikinti və iqtisadiyyat üzrə sərgi açılacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ İraqda “Ticari Xidmətlər və Sərgilər” və “As-Saqr Al-Zəhəbi” şirkətlərinin təşkilatçılığı ilə energetika, tikinti və iqtisadiyyat üzrə “I Beynəlxalq Əl-Musənnə” sərgisi keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sözügedən sərgi dekabrın 25-28-də baş tutacaq. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgiyə dəvət olunublar.

Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi