Yuxarı
    Bağlamaq

    İranda tikinti mövzusunda biznes-forum və sərgi keçiriləcək

    Azərbaycanda fəaliyyət göstərən şirkətlər, sahibkarlar tədbirlərdə iştiraka dəvətlidir

    Bakı. 7 yanvar. REPORT.AZ/ İranın Tehran əyalətində tikinti mövzusunda biznes-forum və sərgi keçiriləcək. Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib. 

    Məlumata görə, sərgi 24-25 yanvar tarixlərində baş tutacaq. Səfərdə iştirak edəcək şəxsin 3 gün (2 gecə) ərzində İranda 4 ulduzlu mehmanxanada qalması, sığortalanması, səhər yeməyi, tərcüməçi, bələdçi və daxili nəqliyyat xərcləri (hava limanı və sərgi mərkəzi istiqamətlərində) tədbirin təşkilatçıları tərəfindən ödənilir.

    Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən şirkətlər, sahibkarlar adıçəkilən biznes forum və sərgidə iştirak etməyə dəvət olunurlar.

    Tədbirdə iştirak etməkdə maraqlı olan aidiyyatı şirkətlər “Azpromo”ya (tel.: +99412 598 01 47 (dax:123) e-mail: anuriyev@azpromo.az) müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi