Yuxarı
    Bağlamaq

    İranda İƏT ölkələrinin kulinariya sərgisi keçiriləcək

    Festivalın məqsədi ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və turistlərin cəlb edilməsidir

    Bakı. 17 avqust. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 8 ölkə avqustun 31-dən sentyabrın  4-dək İranın Zəncan ostanında keçiriləcək beynəlxalq kulinariya festivalında iştirak edəcək. 

    "Report" "Tehran Times"a istinadən xəbər verir ki, festivalın məqsədi ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və turistlərin cəlb edilməsidir.

    Bundan başqa, festival çərçivəsində musiqiçilər və əl sənəti ustalarının çıxışları nəzərdə tutulub. 

    Qeyd edək ki, İƏT-ə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan, Özbəkistan və İran daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi