Yuxarı

I Avropa Oyunları ilə əlaqədar Azərbaycandakı hotellərdə monitorinq aparılır

Mədəniyyət və Turizm Nazirliyi: Hazırda Bakıda turistlərin yerləşməsi üçün hotellərdə 12 minə yaxın yer var

Bakı. 1 aprel. REPORT.AZ/ Bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələcək xarici turistlərin yerləşəcəyi hotellərdə monitorinq aparılır. Bununla əlaqədar artıq Mingəçevir şəhərində təlimlərə başlanılıb. "Report" xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

A.İsmiyev qeyd edib ki, aprelin 6-13-də Bakıda fəaliyyət göstərən mehmanxanaların işçiləri üçün təlimlər keçiriləcək: "Bununla əlaqədar Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik".

Olimpiya oyunları zamanı ölkəyə gələcək turistlərin yerləşməsinə gəlincə isə A.İsmiyev bildirib ki, son 3-4 ildə artıq Bakıda 4 ulduzlu hotellər inşa olunub: "Onların qiymətləri 70-80 manat təşkil edir. Hazırda isə Bakıda turistlərin yerləşməsi üçün 12 minə yaxın yer var".

Xatırladaq ki, 2014-cü ildə Azərbaycana 2,3 mln. turist gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi