“HotelsPro”: Azərbaycan turizmdən gəlirlərini 32% artırıb

“HotelsPro”: Azərbaycan turizmdən gəlirlərini 32% artırıb Bu göstərici ilə ölkəmiz MDB-də Rusiya, Moldova və Belorusdan sonra 4-cüdür
Turizm
12 Aprel , 2017 19:30
“HotelsPro”: Azərbaycan turizmdən gəlirlərini 32% artırıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin I rübündə MDB ölkələrinin turizm sektorundan gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 74% çox olub.

“Report”un məlumatına görə, bu barədə dünyanın 2 aparıcı turizm və səyahət şirkətinin – “HotelsPro” və “MetGlobal”ın birgə apardığı araşdırma nəticəsində məlum olub.

“HotelsPro”nun məlumatına görə, ən çox artım Rusiyada qeydə alınıb – 2,55 dəfə. Növbəti yerlərdə Moldova (49,5%), Belorus (32,5%) və Azərbaycan (31,6%) qərarlaşıb.

“Əsas strategiyamız ondan ibarətdir ki, yerli səviyyədə biznes tərəfdaşlarımızı dəstəkləmək üçün məsuliyyətli yerli mütəxəssisləri özümüzə cəlb edək. Necə ki, bunu 2017-ci ilin I rübündə Azərbaycanda etmişik. Və bu strateji addımdan sonra böyük irəliləyişi görmək çox xoşdur” – deyə, “HotelsPro”nun MDB ölkələri üzrə regional direktoru Janna Karatayeva bildirib.

Son xəbərlər

Orphus sistemi