​Hindistanda tibbi avadanlıq və texnologiyalar sərgisi keçiriləcək

​Hindistanda tibbi avadanlıq və texnologiyalar sərgisi keçiriləcək Azərbaycan iş adamları da sərgidə iştiraka dəvətlidir
Turizm
15 Avqust , 2016 17:34
​Hindistanda tibbi avadanlıq və texnologiyalar sərgisi keçiriləcək

Bakı. 15 avqust. REPORT.AZ/ Hindistan Sənayesi Konfederasiyası tibbi avadanlıqlar və texnologiya sahəsində “Health Tech India” adlı beynəlxalq sərgi və konfrans keçirəcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sözügedən tədbir 2017-ci il fevralın 3-5-də təşkil olunacaq.

Tədbir tibb sahəsini, xəstəxana infrastrukturunu, cərrahiyə, diaqnostika, tullantı materialları və müvafiq xidmətləri tam əhatə edən genişmiqyaslı xarakter daşıyacaq.

Azərbaycanın yerli sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvətlidir. 

Sərgi və konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi