Hindistanda keramika məhsulları alıcı və satıcılarının forumu keçiriləcək

Hindistanda keramika məhsulları alıcı və satıcılarının forumu keçiriləcək Azərbaycanda fəaliyyət göstərən iş adamları görüşdə iştiraka dəvətlidir
Turizm
29 Dekabr , 2016 15:00
Hindistanda keramika məhsulları alıcı və satıcılarının forumu keçiriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Hindistanın Əhmədabad və Morbi şəhərlərində keramika məhsullarının alıcı və satıcılarının III görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, gələn il baş tutacaq görüş fevralın 7-dən 9-dək davam edəcək.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən iş adamları görüşdə iştiraka dəvətlidir. 

Tədbir haqqında ətraflı məlumat almaq istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi