Yuxarı

Hindistanda "GIS 2017" adlı tədbir keçiriləcək

Rançi şəhərində baş tutacaq tədbir gələn il fevralın 16-17-də olacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Hindistanda “Global Investors Summit (GIS) 2017” adlı tədbir keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Rançi şəhərində baş tutacaq tədbir gələn il fevralın 16-17-də olacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirdə iştiraka dəvətlidirlər.

Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi