Hindistanda beynəlxalq İT tədbiri keçiriləcək

Hindistanda beynəlxalq İT tədbiri keçiriləcək Tədbir gələn il, fevralın 13-14-də baş tutacaq
Turizm
20 Sentyabr , 2016 17:02
Hindistanda beynəlxalq İT tədbiri keçiriləcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Hindistanın Elektronika və Proqram Təminatı İxracının Təşviqi Şurası “INDIASOFT” adlı XVII beynəlxalq İT tədbiri keçirəcək.

Bu barədə "Report"a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) bildirilib. 

Məlumata görə, tədbir gələn il, fevralın 13-14-də baş tutacaq. 

Tədbirin iştirakçılarının Hindistanın İT mütəxəssisləri ilə yanaşı, 65 ölkədən gələn 350-dən çox xarici alıcı ilə əməkdaşlıq etmək imkanı olacaq. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar da tədbirdə iştiraka dəvət olunurlar. Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi