Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb Gürcüstana ən çox turist Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və Ukraynadan gəlib
Turizm
3 Fevral , 2015 16:12
Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12% artıb.

"Report" "Qruziya-onlayn"a istinadən xəbər verir ki, yanvar ayında Gürcüstana ümumilikdə 309 467 turist səfər edib, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3% azdır.

Gürcüstana ən çox turist Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və Ukraynadan gəlib. 

Həmçinin Orta Asiya ölkələrindən turistlərin sayında artım müşahidə olunub. 

Son xəbərlər

Orphus sistemi