Yuxarı
    Bağlamaq

    Göyçayda "Nar bayramı" keçiriləcək

    Əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Noyabrın 7-də Azərbaycanın Göyçay rayonunda 10-cu "Nar bayramı" keçiriləcək.

    "Report"un məlumatına görə, nar bayramında Göyçay rayonunun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətiriləcək və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdiriləcək.

    Nar bayramlarının keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.

    Qeyd edək ki, "Nar bayramı" ilk dəfə Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi