Gənclər Fondu mədəniyyət və turizm sahələri üzrə qrant müsabiqəsinin qaliblərini elan edib

Gənclər Fondu mədəniyyət və turizm sahələri üzrə qrant müsabiqəsinin qaliblərini elan edib Layihələrdən 58-i mədəniyyət, 8-i turizm sahəsi üzrə qalib gəlib
Turizm
17 Dekabr , 2014 20:39
Gənclər Fondu mədəniyyət və turizm sahələri üzrə qrant müsabiqəsinin qaliblərini elan edib

Bakı.17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu mədəniyyət və turizm sahələri üzrə layihələrin həyata keçirilməsi məqsədilə növbəti qrant müsabiqəsinin qaliblərini elan edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Sayca 6-cı olan müsabiqə çərçivəsində mədəniyyət və turizm sahələri üzrə cəmi 64 layihənin maliyyələşdirilməsi məqsədilə müvafiq qrant mükafatları müəyyən edilib. Layihələrdən 58-i mədəniyyət, 8-i turizm sahəsi üzrə qalib gəlıb.

Mədəniyyət sahəsi üzrə layihələrə ayrılmış ümumi məbləğ 206 500 manat, turizm sahəsi üzrə layihələrə ayrılmış ümumi məbləğ isə 39 600 manat təşkil edib. Qeyd edilib ki, bir layihə üçün ayrılmış ortalama məbləğ mədəniyyət sahəsi üzrə 3 560 manat, turizm sahəsi üzrə isə 4 950 manat olub.

Qalib olmuş layihələr müxtəlif mövzulu festivallar, müsabiqələr, sərgilər, seminar-treninqlərin təşkili, maarifləndirmə, musiqimiz, mədəniyyətimiz və bir sıra digər sahələri işıqlandıracaq. Belə ki, mədəniyyət sahəsi üzrə qalib olmuş layihələrin əksəriyyəti film, teatr, musiqi, rəsm və sərgilər, gənc istedadların maarifləndirilməsi və incəsənət, turizm sahəsi üzrə qalib olmuş layihələrin əksəriyyəti isə Bakıda keçirələcək I Avropa Oyunları kimi mövzuları əhatə edib. 

Xatırladaq ki, Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının tərkibində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi