Yuxarı
    Bağlamaq

    Gəncədə IV Beynəlxalq Şərab Festivalı öz işinə başlayıb

    Festival çərçivəsində II Salxım Dequstasiya Müsabiqəsi keçirilir

    Bakı. 18 dekabr. REPORT.AZ/ Nizami yurdunda Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” çərçivəsində "II Salxım Dequstasiya Müsabiqəsi" keçirilir.

    "Report" xəbər verir ki, festivalın keçirilməsində məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.

    "IV Beynəlxalq Şərab Festivalı” çərçivəsində "II Salxım Dequstasiya Müsabiqəsi" Azərbaycan Dövlət Aqrar Universitetinin Qida Məhsulları Mühəndisliyi və Ekspertiza kafedrasında keçirilir. Dequstasiyada beynəlxalq və yerli münsiflər tərəfindən 30 şərab növünün təamları qiymətləndiriləcək. Bununla yanaşı kulinariya şousu, Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası da baş tutacaq.

    Qeyd edək ki, Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöy və Abşeronda yerləşən müəssisələrin istehsalı olan 30 növ şərab, 16 münsif tərəfindən 100 ballıq sistemi ilə qiymətləndirilir.

    Sabah isə Gəncədə yerli, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarusiya və s. ölkələrdən olan xarici qonaqların iştirakı ilə "IV Beynəlxalq Şərab Festivalı”nın rəsmi açılış mərasimi baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi