“Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə həyata keçirilib

“Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə həyata keçirilib Bu məqsədlə Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında gənc kənd sakinləri arasında seminarlar təşkil edilib
Turizm
31 May , 2016 21:22
“Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə həyata keçirilib

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə keçirib.

Bu barədə "Report"a Cəmiyyətin sədri İlqar Orucov bildirib.

Layihə Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında gənc kənd sakinləri arasında seminarlar təşkil edilməklə həyata keçirilib.

Tədbirlərdə hər bir rayonunun müxtəlif kəndlərindən 70 nəfər olmaqla, ümumilikdə 280 nəfər gənc iştirak edib.

Layihənin rəhbəri, fəlsəfə doktoru İlqar Orucov seminar iştirakçılarına bildirib ki, əsas məqsəd Oğuz, Şəki, Qəbələ vəİsmayıllı rayonlarının kəndlərində aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi göstəricilərinin artmasına, kəndliləri yeni peşə və ixtisaslara həvəsləndirməklə regionlardakı vətəndaşların özünü və öz imkanlarını reallaşdırmaq bacarıqlarının formalaşdırmaq və eyni zamanda yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaqdır.

Layihənin eksperti, fəlsəfə doktoru Ruslan Rəhimli qeyd edib ki, Ümumdünya Turizm Təşkilatının hesablamarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar, bunun da 20 faizə qədəri kənd turizminin payına düşəcək. İnkişaf sürətinə və gəlirlərə görə, turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra üçüncü yeri tutur. R.Rəhimli turizm növləri - aqroturizm, etnoturizm, Djayloo turizm, ekoturizm, ekstremal turizm, tibbi turizm, rekreasiya turizmi, nostalji turizmi, məcara turizmi, mədəni-idrak turizmi və kənd turizmi haqqında iştirakçılara məlumat verib. 

Son xəbərlər

Orphus sistemi