Gələn həftədən Bakı-Riqa aviareysi açılır

Gələn həftədən Bakı-Riqa aviareysi açılır Gediş-dönüş üçün aviabiletin qiyməti 378 manatdır
Turizm
1 İyun , 2015 10:58
Gələn həftədən Bakı-Riqa aviareysi açılır

Bakı. 1 iyun. REPORT.AZ/ İyunun 8-dən etibarən “Airbaltic” aviaşirkəti (Latviya) Riqa-Bakı-Riqa marşrutu ilə birbaşa reyslərini açır. “Report”un "Azərbaycan Hava Yolları"ndan aldığı məlumata görə, Bakıdan ilk reys iyunun 8-də 04:20-də həyata keçiriləcək.

Uçuşlar hələ ki, mövsümi xarakter daşıyır və hər həftənin bazar ertəsi günü reallaşdırılacaq. Biletlərin qiyməti tək gediş 226 manat, gediş-dönüş üçün isə 378 manatdır. Uçuşlar "Boying 737" layneri ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi