Bakı. 18 yanvar. REPORT.AZ/ Hər gün Bakıdan Dubaya və əks istiqamətdə iki reys reallaşdıran “Flydubai” aviaşirkəti (BƏƏ) uçuş cədvəlinə dəyişikliklər edib. Bu marşrutla Bakıdan uçuş “Boing-737-800” təyyərəsi ilə saat 10:55 və 15:40-da yerinə yetirilir.
“Flydubai Azerbaijan”dan “Report”a verilən xəbərə görə, şirkət tərəfindən Bakıdan Dubaya yerinə yetirilən aviareyslər martın 11-ə qədər IV, V və VI günlər gündə iki dəfə, həftənin I, II, III və VII günləri isə bir dəfə həyata keçiriləcək. Lakin martın 16-dan 25-dək 10:55 və 15:40 aviareysləri hər gün yerinə yetiriləcək.
Qeyd edək ki, bu istiqamət üzrə martın 21-ə qədər birtərəfli biletin qiyməti 155 ABŞ dolları, ikitərəfli biletin qiyməti isə 180 dollardan başlayır.