Estoniyada MAAMESS adlı yarmarka keçiriləcək

Estoniyada MAAMESS adlı yarmarka keçiriləcək Yarmarka gələn il aprelin 20-dən 22-dək davam edəcək
Turizm
20 Dekabr , 2016 20:57
Estoniyada MAAMESS adlı yarmarka keçiriləcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Estoniyanın Tartu şəhərində MAAMESS adlı yarmarka keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, gələn il təşkil olunacaq yarmarka aprelin 20-dən 22-dək davam edəcək. Yarmarkaya beynəlxalq kənd təsərrüfatı, ağac emalı və meşəçilik, ərzaq və bağçılıq sərgiləri daxildir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr yarmarkada iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi