Bakı. 7 dekabr. REPORT.AZ/ Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru doktor Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub.
Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qonağın kitabxananın direktoru professor Kərim Tahirov ilə görüşündə Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilib. Bununla yanaşı, Milli Kitabxanada ərəb dilində yazan azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunub.
Azərbaycan Milli Kitabxanası “Fotoalbom”, “Mədəniyyət və mədəni incilərimizin hamisi” mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, “Azərbaycan” , “Azərbaycan mətbəxi” kitabları qonağa hədiyyə verilib.