Əbülfəs Qarayev: "Türkiyəyə gedən rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün işlər görürük"

Əbülfəs Qarayev: "Türkiyəyə gedən rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün işlər görürük" Nazir: "Artıq Azərbaycan Turizm Assosiasiyası və "AZAL"la birlikdə bu məsələləri müzakirə etmişik"
Turizm
30 Noyabr , 2015 11:58
Əbülfəs Qarayev: Türkiyəyə gedən rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün işlər görürük

Bakı. 30 noyabr. REPORT.AZ/ "Rusiya və Türkiyə məsələlərinin bu həddə çatması həmin ölkələrin qarşılıqlı turist axınının azalmasına gətirib çıxardacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün çox önəmli turizm nümunəsidir: "Belə gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz də vəziyyəti nəzərə alıb bu istiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası və "AZAL"la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Bu gün nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik".

Nazir bildirib ki, Türkiyədə olan turizm şəraitini Azərbaycan yaratmaq çətindir: "Rusiya bazarında Azərbaycan turizminin layiqincə təmsil olunmasında maraqlıyıq. Biz Azərbaycana gələcək turistlərə ancaq səyahət, qış, ziyarət, mədəni, müalicə, qostronomik və digər turizm növləri təqdim edə bilərik"

Son xəbərlər

Orphus sistemi