Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev: "Keçən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 100 minə yaxın insan ziyarət edib"

    Bütün turist şirkətləri Qobustana səfəri öz turizm paketlərinə daxil edirlər© Report.az

    Bakı. 13 iyun. REPORT.AZ/ "Keçən il ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunu təxminən 100 minə yaxın insan ziyarət edib".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

    Nazir bildirib ki, Qobustana gələn turistlərin sayı ötən dövlərə nisbətən xeyli çoxalıb: "2013-2014-cü illərdə orada bir sıra işlər görülüb, muzey yaradılıb ki, o da Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub. Bütün turist şirkətləri Qobustana səfəri öz turizm paketlərinə daxil edirlər".

    "Bu gün paleolit dövründən qalan qayaların üzərində yazılan yazılar, rəsmlər dünyada çox nadir hallarda tapılır. Dünyada bu cür məkanların şəbəkəsi mövcuddur. Azərbaycan artıq Qobustanla bu şəbəkəyə daxil olaraq bütün dünyaya nümayiş etdirir ki, bəşəriyyətin ilk məkanları olan torpaq, yer Azərbaycanda yerləşir"- deyə Ə.Qarayev əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi