Əbülfəs Qarayev: "Ermənistanın əsas məqsədi Azərbaycanın normal iqtisadi durumunu pozmaqdır"

Əbülfəs Qarayev: "Ermənistanın əsas məqsədi Azərbaycanın normal iqtisadi durumunu pozmaqdır" Nazirin sözlərinə görə, düşmənlərin heç bir addımı Azərbaycan turizmini inkişafdan yayındıra bilməz
Turizm
7 Aprel , 2016 16:05
Əbülfəs Qarayev: Ermənistanın əsas məqsədi Azərbaycanın normal iqtisadi durumunu pozmaqdır

Bakı. 7 aprel. REPORT.AZ/ "İşğalçı ölkənin təxribatlarına baxmayaraq, bu gün Azərbaycanın turizm sənayesi davamlı və stabil şəkildə işini davam etdirir". "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Bakıda işə başlayan XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin (AITF 2016) açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik olmayıb: "Ermənistanın bu həyəcanı yaratmaqda əsas məqsədi Azərbaycanın məhz normal iqtisadi durumunu pozmaqdır. Azərbaycan turizmi bədnam qonşuların bu çirkin addımlarına qətiyyətli cavabını verir". 

"Azərbaycan bu gün elan edir ki, ölkəmiz turistlər üçün həm təhlükəsizlik, həm qonaqpərvərlik və iqtisadi baxımdan rəqabətə davamlı olan turizm ölkəsidir. Düşmənlərimiz tərəfindən atılan heç bir addım Azərbaycan turizmini inkişafdan yayındıra bilməz. Azərbaycanın regionlarında, ölkənin hər guşəsində qonaqlara hər zaman böyük hörmətlə yanaşıblar. Azərbaycanda turistlərin qarşılanması üçün hər cür şərait mövcuddur", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi