Əbülfəs Qarayev: “Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq”

Əbülfəs Qarayev: “Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq” “Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistlərin gəlişi gözlənilir”
Turizm
8 İyun , 2017 11:51
Əbülfəs Qarayev: “Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq”
Report.az

Bakı. 8 iyun. REPORT.AZ/ “Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq".

"Report" xəbər verir ki, bunu xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən  turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operatorlar və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə deyib.

Nazir əlavə edib ki, keçən ilə nisbətən turistlərin sayı bu il çox olacaq: “İnsanların müxtəlif ölkələrə səfəri başlayır. Biz bununla bağlı xüsusi işlər aparırıq. Azərbaycanın turizm sənayesi mövsüm açılışına tam hazırdır. Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-nə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistlərin gəlişi gözlənilir”.

Əbülfəs Qarayev əlavə edib ki, Formula 1 ilə əlaqədar yarışların keçiriləcəyi günlər üçün Azərbaycanda böyük mehmanxana şəbəkələrinin 95 faizi dolub: “Sifarişlər artıq verilib”. 

Son xəbərlər

Orphus sistemi