Əbülfəs Qarayev Azərbaycanda yeni turizm zonalarının hansı bölgələrdə yaradılacağını açıqlayıb

Əbülfəs Qarayev Azərbaycanda yeni turizm zonalarının hansı bölgələrdə yaradılacağını açıqlayıb "Yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir"
Turizm
31 Yanvar , 2018 11:33
Əbülfəs Qarayev Azərbaycanda yeni turizm zonalarının hansı bölgələrdə yaradılacağını açıqlayıb
Report

Bakı. 31 yanvar. REPORT.AZ/ "Yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir: "Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".

Son xəbərlər

Orphus sistemi