Əbülfəs Qarayev: "Azərbaycanda bu qədər çox turist görməyə şadıq"

Əbülfəs Qarayev: "Azərbaycanda bu qədər çox turist görməyə şadıq" "Ölkəyə daha çox turist cəlb etməyə çalışacağıq"
Turizm
5 May , 2017 17:58
Əbülfəs Qarayev: Azərbaycanda bu qədər çox turist görməyə şadıq

Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycanda turizmin tarixi elə də zəngin deyil, lakin biz layihələr və ideyalar sayəsində ölkənin turistik xəritədə yer almasını istəyirik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyətlərarası dialoqun inkişafı: insanların, dünyanın təhlükəsizliyi və davamlı inkişaf üçün yeni imkanlar" mövzusundakı plenar sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan ənənəvi qonaqpərvərliyi gözəl təbiəti, tarixi abidələri ilə birləşdirməyə çalışır: "Eyni zamanda, ölkənin turistik xəritədə yer alması üçün səylər göstəririk. Ölkəmiz münaqişə, qeyri-sabitlik dövrünü keçirib, amma 2001-ci ildən etibarən turizm sahəsi haqqında ciddi düşünməyə başlamışıq. Bu gün Azərbaycanda Avropa, Orta və Uzaq Şərqdən bu qədər çox turist görməyimizdən məmnunuq. Amma biz daha çox turist cəlb etmək üçün çalışırıq".

O, bu baxımdan Azərbaycanda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəməyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi