Yuxarı

Əbülfəs Qarayev: “Azərbaycana gələn turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər”

“Növbəti mərhələdə yeni hotellərin tikilməsi nəzərdə tutulur”

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Azərbaycana gələn turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər. Bu, stimuldur. Ona görə də növbəti mərhələdə yeni hotellərin tikilməsi nəzərdə tutulur”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub: “Viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sisteminin təkmilləşdirilməsi sahəsində aparılan işlər müsbət nəticəsini verməkdədir. Hazırda biz hotellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi