Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev: “Azərbaycan Türkiyədən daha çox turist cəlb etmək istəyir”

    “Bunun üçün xüsusi proqramlar hazırlanır, şirkətlərlə danışıqlar və reklam kampaniyaları aparılır”

    İstanbul. 16 fevral. REPORT.AZ/ “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr o qədər geniş inkişaf edib ki, bunu hansısa çərçivəyə salmaq düzgün olmaz. Bzim marağımız ondan ibarətdir ki, Türkiyədən Azərbaycana daha çox turist məqsədləri üçün gələn insanlar olsun”.

    Bunu “Report”un Türkiyə müxbirinə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

    Nazir bunun üçün xüsusi proqramların hazırlandığını, şirkətlərlə danışıqlar və reklam kampaniyaları aparıldığını diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycan bu gün turizm üzrə dünya xəritəsində özünəməxsus yer tutub. Bu yerin daha da genişləndirilməsi və onun inkişafına dair işlər görülməlidir”.

    Ə.Qarayev eyni zamanda iştirak etdiyi İstanbuldakı Beynəlxalq Turizm Forumu haqqında da fikirlərini bölüşüb. O qeyd edib ki, belə forumun keçirilməsi ənənə halını alıb: “İstanbulda keçirilən forum bizim regionda ən mötəbər hadisələrdən biri sayılır. Azərbaycan daimi olaraq forumda mövqeyini çox fəal nümayiş etdirir. Forum çərçivəsində bir neçə görüşdə iştirakımız nəzərdə tutulub. Türkiyədə fəaliyyət göstərən Azərbaycan turizm təmsilçiliyi bu işə fəal qatılıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi