Bakı. 18 iyul. REPORT.AZ/ Dünyanın ilk robot hoteli açılıb. Yaponiyanın Naqasaki şəhərində istifadəyə verilən hoteldə bütün işlər robotlar tərəfindən həyata keçirilir.
"Report"un dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Hotel "Henn-na" tərəfindən təklif edilən layihədə məqsəd müştərilərə sürətli və ucuz xidmət verməkdir. "Henn-na" hotelinə girişdə müştəriləri biri dinozavr olmaqla 3 robot qarşılayır. Hotelə giriş, rezervasiya işləri tam olaraq bu robotlar tərəfindən edilir.
Daha sonra çantanın otağa aparılmasını da robotlar həyata keçirir. Otaq müştərini üzündən tanıyıraraq açılır. "Henn-na" hotelinin bu cəhdinə bir çox insanın maraq göstərərək birinci müştəri olmaq üçün müraciət etdiyi deyilir.