Yuxarı

​Dünyanın ən böyük səyahət gəmisi ilk səfərə çıxıb

Ümumi uzunluğu 362 metr olan gəminin inşası 1 mlrd. dollara başa gəlib

Bakı. 16 may. REPORT.AZ/ "Harmony of the Seas" (“Dənizlərin harmoniyası”) adlanan dünyanın ən böyük səyahət gəmisi ilk səfərinə başlayıb. “Report”un “Associated Press”ə istinadən verdiyi xəbərə görə, “üzən şəhər” hesab edilən gəminin inşası 1 mlrd. ABŞ dollarına başa gəlib və ümumilikdə 6,3 min nəfər sərnişin daşımaq qabiliyyətinə malikdir.

Ümumi uzunluğu 362 metr (Eyfel qülləsindən 50 metr daha uzun) olan layner 16 göyərtədən ibarətdir. Laynerin çəkisi 120 min ton, eni 66 metr, ekipajı isə 2,1 min nəfərdir.

Gəmidə 2 500 kabinet, 20 yeməkxana, 23 üzgüçülük hovuzu, 10 min gül və 50 ağacdan ibarət park var. ABŞ-ın “Royal Caribbean Cruises” şirkəti tərəfindən sifariş edilən gəmi Fransanın Sent-Nazer limanından Böyük Britaniyanın Sautgempton şəhərinə doğru üzəcək. Mayın 22-də gəmi Barselonaya doğru yola düşəcək.

Yay aylarından etibarən laynerlə Aralıq dənizində həftəlik səfərlərə başlanacaq, oktyabrın sonundan isə Karib marşrutu üzrə hərəkət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi