Urumçidə Çin-Avrasiya sərgisi keçiriləcək

Urumçidə Çin-Avrasiya sərgisi keçiriləcək Sərgi sentyabrın 20-dən 25-dək davam edəcək
Turizm
3 Sentyabr , 2016 13:32
Urumçidə Çin-Avrasiya sərgisi keçiriləcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Çinin Urumçi şəhərində V Çin-Avrasiya sərgisi keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sərgi sentyabrın 20-dən 25-dək davam edəcək.

Sərgidə Çin və Avrasiya ölkələrinin rəqabət qabiliyyətli məhsullarını, sərmayə və turizm imkanlarını əks etdirən pavilyonlar təşkil olunacaq.

"Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr və sahibkarlar sərgidə iştiraka dəvət olunur. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi