​Çində beynəlxalq yarmarka və sərgi keçiriləcək

​Çində beynəlxalq yarmarka və sərgi keçiriləcək Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr yarmarka və sərgidə iştiraka dəvətlidirlər
Turizm
12 Aprel , 2016 19:21
​Çində beynəlxalq yarmarka və sərgi keçiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Çinin Harbin şəhərində “27-ci Harbin Beynəlxalq Ticarət-İqtisadi Yarmarkası” və “4-cü yeni materiallar Çin Beynəlxalq Expo” sərgisi keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, yarmarka və sərgi iyunun 15-dən 19-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr yarmarka və sərgidə iştiraka dəvətlidirlər.

Tədbirlər haqqında əlavə məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi