Bakı. 4 fevral. REPORT.AZ/ Bu il iyunun 29-dan iyulun 1-dək Çinin Quançjou şəhərində XVI Beynəlxalq Qida Sərgisi (IFE China) keçiriləcək.
“Report” Azpromo-nun məlumatına istinadən bildirir ki, sözügedən sərgi spirtli və spirtsiz içkilər, qida inqrediyentləri, xammal, süd və süd məhsulları, ət və ət məhsulları, broyler-quşçuluq, yumurta, balıq və digər geniş profilli qida məhsullarının nümayişi üzrə ixtisaslaşıb.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgiyə dəvətlidir. Sərgidə iştirak və qeydiyyat qaydaları haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.