Bakı. 13 dekabr. REPORT.AZ/ Çində “Yaşıl həyat, daha yaxşı həyat” adlı beynəlxalq bağçılıq sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, Pekin şəhərində baş tutacaq sərgi 2019-cu il aprelin 29-dan oktyabrın 7-dək davam edəcək.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər.
Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.