​Cənub bölgəsinə gələn xarici turistlərin sayı artıb

​Cənub bölgəsinə gələn xarici turistlərin sayı artıb Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə turistlər üçün əyləncəli tədbir keçirilib
Turizm
5 İyul , 2016 19:04
​Cənub bölgəsinə gələn xarici turistlərin sayı artıb

Lənkəran. 5 iyun. REPORT.AZ/ Lənkəranın turizm potensialının təbliğ olunması və daha çox turistin istirahət mərkəzlərinə cəlb olunması ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə turizm istirahət mərkəzlərində qalan turistlər üçün əyləncəli tədbir keçirilib. 

"Report"un Cənub bürosunun məlumatına görə, mərkəz tərəfindən Lənkəranın turizm potensialıını əks etdirən fotoların sərgisi nümayiş olunub. 

Mərkəzin direktoru İlqar Əzimov Lənkəranın turzm potensialı ilə bağlı məlumat verərək deyib ki, bölgələrdəki turizm istirahət mərkəzlərində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər davam etdirilir: "Xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə 8 günlük təlimlər 4 sahə üzrə - mehmanxana idarəçiliyi, qeyd -qəbulun təşkili, masa xidmətinin təşkili və xadiməçilik ixtisası üzrə təşkil olunub. Bu sahədə daha böyük təcrübəsi olan türkiyəli mütəxəssislər qrupu Lənkəran, Astara və Lerik rayonlarının turizm istirahət mərkəzlərində çalışanlar arasında təlimlər keçirib".

Mindən çox turistin iştirak etdiyi tədbir musiqili bədii-əyləncəli hissə ilə davam etdirilib. Lənkəranın turizm potensialıını əks etdirən bukletlər və flayerlər paylanılıb. 

Lerik rayonunda iranlı turizm şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli nümayəndə heyəti cənub bölgəsinə dəvət olunaraq mümkün turizm potensialları barədə müzakirələr aparılıb. Görülən işlərin nəticəsi olaraq bölgəyə gələn turistlərin sayında ciddi artım hiss olunduğu vurğulanıb: "Təkcə ötən ay Lənkəranın hotel xidmətlərindən 200-də çox İran vətəndaşı istifadə edib. Xarici turistlərin sayında 10% artım qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona gələnlərin sayı 6 mindən 8 min nəfərə qədər artıb. Rayona səfər edən turistlərin sayında ikinci yeri Rusiya vətəndaşları tutur. Bu arada Yaponiya və Koreyadan da turistlərin gəlişi müşahidə olunmaqdadır".  

Son xəbərlər

Orphus sistemi