Yuxarı

Cari ilin yanvar-fevral aylarında 114 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib

Azərbaycan bu göstərici ilə Gürcüstana gələn xarici turistlərin siyahısında birinci yerdədir

Tbilisi. 1 aprel. REPORT.AZ/ Gürcüstan Cənubi Qafqaz ölkələri ilə yanaşı, MDB, Orta Asiya və bir sıra Avropa ölkələri vətəndaşlarının səyahət etdiyi ölkələrdən biridir. "Report" xəbər verir ki, cari ilin yanvar-fevral aylarında Gürcüstana 360 mindən çox turist səfər edib. Onların da 114 mini Azərbaycan vətəndaşlarıdır. Azərbaycan bu göstərici ilə Gürcüstana gələn xarici turistlərin siyahısında birinci yerdədir. İkinci üçüncü yerləri Türkiyə və Rusiya vətəndaşları tuturlar.

Dincəlmək üçün Gürcüstanı seçən azərbaycanlıların sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb.

Gürcüstanın Turizm Agentliyinin rəhbəri Mixeil Çerkezişvili "Report"a bildirib ki, Gürcüstanda qiymətlər Avropa ölkələri ilə müqayisədə baha olsa da, bir sıra ölkələrdən ucuzdur: "Bu da onları qane edir. Xarici ölkə vətəndaşlarının Gürcüstana səfər etmələrinin bir səbəbi də bizim əlimizdə olanları, musiqimizi, rəqsimizi, mətbəximizi, şərabımızı düzgün təqdim etməyimizdə, restoran və otellərdə normal xidməti təşkil edə bilməyimizdədir. Ən əsası ölkəmizin turizm imkanlarının xaricdə düzgün şəkildə reklamının aparılmasıdır”.

Qeyd edək ki, 2015-ci ildə Gürcüstana rekord həddə - 5,8 milyon nəfər turist gəlib. Turizmdən ötən il 750 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Gürcüstan hökuməti 2025-ci ilədək turizm gəlirlərini 2,3 milyard dollara qədər yüksəltmək niyyətindədir. Bunun üçün “Gürcüstan turizminin inkişaf strategiyası” proqramı hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi