Bakı. 21 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasına 123 min 486 nəfər turist gəlib.
"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,1 faiz çoxdur.