Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanlı sahibkarlar bu il müxtəlif sahələr üzrə İraqda keçiriləcək sərgilərə dəvət olunublar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, yanvarın 24-26-da İraqda istehsal olunan məhsullar sərgisi baş tutacaq.
Fevralın 15-dən 20-dək “GTX-1” kompüter və rabitə sərgisi keçiriləcək.
Sentyabrın 12-14-ü tarixlərində isə qida sərgisi təşkil olunacaq.
Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən yerli iş adamları ətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət edə bilərlər.