Yuxarı

Bu gündən Bakı-Tivat istiqaməti üzrə çarter reyslər başlayır

Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək və sentyabrın əvvəlində başa çatacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gündən etibarən "Montenegro Airlines" aviaşirkətinin həyata keçirəcəyi Tivat-Bakı-Tivat marşrutu üzrə çarter reyslərinin həyata keçirilməsinə başlanılır.

"Report" xəbər verir ki, uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək və sentyabrın əvvəlində başa çatacaq.

Biletin qiyməti, hoteldə qalmaq və digər xidmətlərin dəyərinin daxil olduğu tur paketin qiyməti 600 avrodan başlayır.

Qeyd edək ki, "Montenegro Airlines" bir neçə ildir Çernoqoriya və Azərbaycan arasında çarter reysləri həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi