​"British Airways" aviaşirkəti xüsusi tariflər təqdim edir

​"British Airways" aviaşirkəti xüsusi tariflər təqdim edir Aviaşirkət Avropa və Amerika istiqamətində endirim aksiyası keçirir
Turizm
5 Yanvar , 2015 16:34
​British Airways aviaşirkəti xüsusi tariflər təqdim edir

Bakı. 5 yanvar. REPORT.AZ/ "British Airways" aviaşirkəti Azərbaycan əhalisi üçün Böyük Britaniya, Avropa, ABŞ və Kanada istiqamətində uçuşlara xüsusi tariflər təqdim edir.

"Report"un məlumatına görə, "British Airways"la uçan sərnişinlər aviaşirkətin şəbəkəsindən 179 istiqamət seçə bilər. Bundan başqa, görməli yerləri və dünya şöhrətli mağazaları ilə tanınan London şəhəri sərnişinlərə burada dayanmaq və ideal transfer imkanı yaradır.

"Bizim 2015-ci il üçün olan top məntəqələr siyahısına Belçika, Braziliya, Böyük Britaniya və Xorvatiya kimi ölkələr daxildir. Belə ki, bu ölkələr səyahət edənlərə unikal və maraqlı əyləncələr təklif edir", - şirkətin məlumatında bildirilir.

Yeni İl tətilini Avropa və ya Şimali Amerika şəhərlərində keçirmək istəyənlər üçün "British Airways" Nyu-York və Paris istiqamətləri ilə yanaşı Berlin, Sietl və Sevilya kimi şəhərləri təklif edir. Dəniz sahilində istirahət etmək istəyənlər üçün isə Barbados və Yunanıstanın çimərlikləri təklif olunur.

Yanvarın 5-dən iyunun 30-dək səyahət imkanı verən "British Airways"ın bütün kabinlərinə aviabiletlərin satışı yanvarın 11-dək davam edəcək. "World Traveller" salonu üçün Azərbaycandan Böyük Britaniya və Avropa istiqamətində tariflər 474 avrodan, ABŞ və Kanadaya 694 avrodan, "Club World" salonu üçün isə Avropa istiqamətində - 1 823 avrodan başlayır. 

Son xəbərlər

Orphus sistemi