Yuxarı

Böyük Britaniyada "Brexit" sonrası turist bumu başlayıb

Turizm bazarının iştirakçıları bunun uzun müddət davam etməyəcəyini proqnozlaşdırır

Bakı. 20 avqust. REPORT.AZ/ Son bir ayda Böyük Britaniyaya gələn xarici turistlərin sayı 18% artıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, turist bumunun yaşanması bu ölkənin Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçirilmiş referendumdan sonraya təsadüf edib.

Turizm bazarının 500 iştirakçısı arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, funt sterlinqin məzənnəsinin zəifləməsi turizmin inkişafına təkan verib. Britaniyaya gələn xarici turistlərin təxminən 70%-nin Avropa İttifaqı ölkələrinin vətəndaşları olduğu bildirilir.

Bununla belə, turizm bazarının iştirakçıları hesab edir ki, ölkəyə bu cür turist axını qısamüddətli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi