Yuxarı
    Bağlamaq

    Bolqarıstan və Azərbaycan ikitərəfli turist axınını artırmaq üçün tədbirlər barədə müzakirə aparıb

    Bolqarıstanın turizm naziri Nikolina Angelkova Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ilə görüşüb

    Bakı. 16 may. REPORT.AZ/ Bolqarıstanın turizm naziri Nikolina Angelkova Azərbaycan xarici işlər nazirinin müavini və ölkənin Avropa İttifaqı ilə danışıqlarda əsas sözçüsü olan Mahmud Məmmədquliyev ilə işçi görüş keçirib. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iştirak edib.

    "Report" xəbər verir ki, bu barədə Bolqarıstan Turizm Nazirliyinin mətbuat mərkəzindən məlumat veriblər.

    Müzakirə edilən mövzular arasında ikitərəfli turist axınının artırılması üzrə tədbirlər və viza rejiminin sadələşdirilməsi variantları olub.

    N.Angelkova M.Məmmədquliyevin nəzərinə çatdırıb ki, Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə keçirilən 105-ci sessiyasında o, azərbaycanlı həmkarı - Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilə söhbətləşib və artıq ona Bolqarıstanı ziyarət etməklə bağlı dəvət göndərib.

    Nazir müavini bu il Bolqarıstan və Azərbaycanın ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd etdiyini vurğulayıb. Bu mövzuda birgə tədbirlərin keçirilməsi imkanları müzakirə ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi